“Vest Hem”in yeni baş məşqçisi bəlli oldu

“Vest Hem”in yeni baş məşqçisi bəlli oldu
İDMAN
18:06 27.09.2025
138
Premyer Liqa təmsilçisi "Vest Hem” Nunu Eşpiritu Santunun baş məşqçi təyin olunduğunu açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, 51 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, komandasının başında ilk oyununa bazar ertəsi keçiriləcək Premyer Liqa matçında – "Everton” səfərində çıxacaq.

Qeyd edək ki, Portuqaliya millisinin sabiq qapıçısı məşqçilik karyerasında "Portu”, "Volvhempton”, "Al-İttihad” və son olaraq "Nottingem Forest”i çalışdırıb. O, ötən mövsüm bu klubla Premyer Liqada 7-ci yeri tutaraq avrokuboklara vəsiqə qazanıb, həmçinin FA Kubokunun yarımfinalına yüksəlib.
OXŞAR XƏBƏRLƏR