Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - VİDEO

Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - VİDEO
SOSİAL
00:06 06.09.2026
848
Qayaya yox, yaddaşa ad yazmaq istəyənlər Şuşada qanını axıtdı. İndi həmin qayaların mövcud olduğu Cıdır düzü bu mənada Şuşanın adi gəzinti məkanından daha çox, müqəddəs qibləgahıdır. Bu ərazilərə şəhidlərimizin qanı həkk olunub. Qarabağın azadlığı uğrunda döyüşlər zamanı Azərbaycan hərbçiləri məhz bu qayalıqlardan şəhərə daxil olublar. Həmin qayalardakı güllə izləri bu gün də görünür. Bu izlər şanlı bir tarixin parçasıdır.

Şuşa şəhərinə gedən bəzi turistlərin tarixi əhəmiyyət daşıyan qayaların üzərinə yazılar yazması isə haqlı narazılığa səbəb olur. Bu barədə öz təəssüratlarını Baku TV-yə bölüşən İkinci Qarabağ müharibəsi qazisi, istefada olan mayor Polad Rzayev bildirib ki, belə addımların atılması xoşagəlməz haldır:

"Bu, sadə dildə deyək ki, məni kədərləndirir. Çünki bu məsələyə açıq və qəti şəkildə demək etmək istərdim ki, Qarabağ, Şuşa sadəcə bizim gəzməli və şəkil çəkdirməli olduğumuz yerlər deyil, şəhərlər deyil. Onlar bizim milli qürurumuz, tarixi yaddaşımız və şəhidlərin qanı ilə aldığımız müqəddəs torpaqlarımızdır. Torpaqlarımızın, eləcə də Şuşanın işğaldan azad olunması üçün biz üç mindən çox şəhid vermişik və minlərlə hərbçimiz yaralanıb, sağlamlığını itirib.

Həmin müharibənin iştirakçısı və qazisi olaraq deyə bilərəm ki, kimsə Şuşada öz adını, irsini qoymaq üçün orada adlar yazdıra bilməz və onun buna mənəvi hüququ yoxdur, haqqı yoxdur. Əgər kimsə öz adını, irsini, izini qoymaq istəyirsə, bunu öz mədəniyyəti ilə, öz davranışı ilə və Vətənə olan xidməti ilə göstərməlidir. Qarabağa və yaxud da ki, Şuşaya biz turist kimi gedə bilərik, amma unutmamalıyıq ki, ora bizə şəhidlərimizin əmanətidir və əmanətə sahib çıxmaq, əmanəti qorumaq bizim borcumuzdur", - deyə o bildirib.

P.Rzayev əlavə edib ki, oraya turist kimi getmək olar: "Amma bir şeyin fərqinə varmaq lazımdır ki, o torpaqlara ayaq basanda o torpaqların məsuliyyətini daşıyan bir vətəndaş olmalıyıq və oranı qorumalıyıq. Şəhidlərin adları bizim qəlbimizə yazılıb. Şəhidlərin adlarını ucaltmaq üçün hər hansı bir daşa yazı yazmaq lazım deyil.

Bu vətən bizə atalarımızdan mirasdır. Bəli, 30 il biz qarabağlı olaraq bu acını yaşadıq, amma bu nəsil olaraq Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı bütünləşdirdik. Biz bu irsi sizlərə təhvil verdik. Sizlər onu qorumalı və gələcək nəsillərə çatdırmalısınız. Onlara təhvil verməlisiniz. Onu qorumaq da maariflənməkdən keçir, tariximizi öyrənməkdən keçir ki, biz o torpaqları nəyin bahasına qoruyub saxlamışıq. Ona görə də hər birinə öz vəzifə borcunu vicdanla yerinə yetirməyi və maariflənməyi tövsiyə edirəm".

Qeyd edək ki, Polad Rzayev 3 yaşında olarkən atası Tofiq Rzayevi 1-ci Qarabağ müharibəsində itirib. 13 yaşından hərbi təhsil almağa başlayıb. 9 il xüsusi təyinatlı qüvvələrdə zabit kimi çalışıb. Vətən müharibəsində Murov yüksəliklərindən başlayaraq, Qubadlıya qədər döyüş yolu keçib.

Kəlbəcər, Cəbrayıl, Xocavənd, Qubadlının azad olunmasında iştirak edib. Cəbrayıla Azərbaycan bayrağını da məhz Polad Rzayev sancıb. O, oktyabrın 19-da Qubadlıda gedən döyüşlərdə yaralanıb, hər iki ayağını itirib.

Polad Rzayev "Şücaətə görə" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Polad Rzayev və onun kimi qəhrəmanlar adlarını tarixə bu cür yazdırıb, bu cür izlər qoyublar. Özlərini dırnaqarası formada tarixə əlavə etməyə çalışanlar isə həmin izlərə qənim kəsiliblər. Həmin yaddaşa adlar yazmaq yox, gələcək nəsillərə o yaddaşı olduğu kimi çatdırmağa ehtiyac var.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İngiltərə də Rusiyaya yeni sanksiya tətbiq etdi
21:07 08.10.2026
İngiltərə də Rusiyaya yeni sanksiya tətbiq etdi
Tramp: ABŞ ölkədəki aralıq seçkilərə qədər İrana zərbələr endirməyəcək
21:02 08.10.2026
Tramp: ABŞ ölkədəki aralıq seçkilərə qədər İrana zərbələr endirməyəcək
Rubio: İran bir neçə həftə ərzində iqtisadi fəlakətlə üzləşəcək
20:56 08.10.2026
Rubio: İran bir neçə həftə ərzində iqtisadi fəlakətlə üzləşəcək
Avropa Komissiyası vəba ilə bağlı Rusiyadan hesabat tələb edib
20:51 08.10.2026
Avropa Komissiyası vəba ilə bağlı Rusiyadan hesabat tələb edib
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib
20:46 08.10.2026
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib
BTQ Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
20:41 08.10.2026
BTQ Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
Murad Fətiyev: "Dünya çempionatında medallarımızın sayı daha çox olacaq"
20:35 08.10.2026
Murad Fətiyev: "Dünya çempionatında medallarımızın sayı daha çox olacaq"
İspaniya xəstəxanasında meymunçiçəyinə yoluxmuş şəxs ölüb
20:30 08.10.2026
İspaniya xəstəxanasında meymunçiçəyinə yoluxmuş şəxs ölüb
Atom Enerjisi Təşkilatının rəhbəri: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
20:26 08.10.2026
Atom Enerjisi Təşkilatının rəhbəri: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
20:19 08.10.2026
Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk
20:12 08.10.2026
Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk
"Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb
20:07 08.10.2026
"Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb
"Baku TV": Türkmənistanda region üçün mühüm siyasi görüş keçirilir
20:03 08.10.2026
"Baku TV": Türkmənistanda region üçün mühüm siyasi görüş keçirilir
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir
20:00 08.10.2026
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
19:40 08.10.2026
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
19:38 08.10.2026
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı