Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant İlqar Orucovun rütbəsi vaxtından əvvəl artırılıb.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Hərbi xidmətdə fərqlənən İlqar Orucova polkovnik hərbi rütbəsi verilib.
Hazırda xidmətini davam etdirən İ.Orucov N saylı hərbi hissədə komandir vəzifəsində çalışır.
Qeyd edək ki, Orucov Vətən Müharibəsində şücaət göstərən hərbçilərimizdən olub. O, mübaribədən sonra orden və medallar, o cümlədən "Vətən Müharibəsi Qəhrəmanı” medalı, "Azərbaycan Bayrağı” ordeni və bir neçə rayonun işğaldan azad olunmasına görə medalları ilə təltif edilib.