Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verildi - FOTOLAR

Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verildi - FOTOLAR
SOSİAL
19:32 30.05.2021
497
Bakının Xəzər rayonu, Albalılıq qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi əbədləşdirilib.

AZXEBER.COM xəbər verir ki, dünən sözügedən massivdə 20 yaşlı şəhid Vüsal İsmayılzadə Elməddin oğluna həsr edilmiş bulağın açılış mərasimi keçirilib.

Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olan V.İsmayılzadənin dostları, ailəsi və qohumları onu qürurla anıblar. Açılış mərasimində çıxış edənlər şəhidimizin şücaəti və keçdiyi döyüş yolundan danışıblar.

Qeyd edək ki, bulaq məhəllə sakinləri tərəfindən salınıb.
 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR