Vətən müharibəsi şəhidinin cənazəsi Mingəçevirə gətirildi

Vətən müharibəsi şəhidinin cənazəsi Mingəçevirə gətirildi
SOSİAL
17:45 05.05.2021
541
Vətən müharibəsində şəhid olan 31 yaşlı Pərviz Hafiz oğlu Tağıyevin cənazəsi ailəsinin yaşadığı evə gətirilib.

AZXEBER.COM-un məlumatına görə, hazırda Mingəçevirdə rəsmi şəxslərin, şəhid yaxınlarının və şəhər sakinlərinin iştirakı ilə vida mərasimi keçirilir.

Vida mərasimindən sonra şəhid Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfin olunacaq.

Qeyd edək ki, Pərviz Hafiz oğlu Tağıyev 1990-cı ildə anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Müharibənin ilk günlərindən ailəsi ondan xəbər ala bilməyib. Bu gün onun nəşi Suqovuşan-Tərtər istiqamətində tapılaraq ailəsinə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR