"Vətən Müharibəsində İranı yox, İsraili yanımızda gördük" - Deputat

"Vətən Müharibəsində İranı yox, İsraili yanımızda gördük" - Deputat
SOSİAL
15:36 06.04.2023
157
"İran deputatlarının Azərbaycana qarşı imzaladığı sənəd kağız parçasıdır. Onların Azərbaycanı "sionist" rejimə dəstək verən ölkə adlandırması bizi narahat etmir".  
 
Bu sözləri AZXEBER.COM-a millət vəkili Razi Nurullayev İran deputatlarının Azərbaycanla bağlı bəyanatına münasibət bildirərkən deyib.
 
Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycan xalqının İsrail dövlətinə olan hörməti, sevgisi təbiidir və qəbulediləndir: 
 
"Azərbaycan İsraillə dost və müttəfiq ölkədir. İsrail bizim üçün əziz, qiymətli dövlətdir. Çünki, İrandan fərqli olaraq daim Azərbaycanın yanında olub, ona dəstək verib. 30 illik işğal dövründə də, 44 günlük Vətən Müharibəsində də biz İranı yox, İsraili daim yanımızda gördük. Azərbaycan xalqının da İsrail dövlətinə olan bu hörməti təbiidir, qəbulediləndir. Azərbaycan 30 il İranın xətrinə dəyməsin deyə İsraildə səfirlik açmadı. Bunun müqabilində İrandan sağol görmədik, əksinə İran Ermənistanla münasibətərini daha yaxşı etdi. Ermənistan rəhbərini İranda qəbul edərkən ayaqlarının altına qırmızı xalça sərdi. Nümayişkaranə onunla qucaqlaşıb, Azərbaycana gözdağı verməklə məşğul oldu".
 
İranın Azərbaycana 44 günlük Vətən Muharibəsi zamanı vurduğu zərbələrdən danışan millət vəkili bunları deyib:

"44 günlük müharibədə İran Azərbaycana zərbələr vurmaqla məşğul oldu. Gizli-gizli Ermənistana silah göndərməyə cəhd etdi, göndərdi də. İran Ermənistana dəstək verdi. İran deputatlarının Azərbaycana qarşı imzaladığı sənəd kağız parçasıdır. Onların Azərbaycanı sionist rejimə dəstək verən ölkə adlandırması bizi narahat etmir. İran özünü Azərbaycan xalqının gözündən salmış ölkədir. Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törətmiş və bunun arxasında duran ölkədir. İran bu gün də Azərbaycana qarşı düşmənçiliyini davam etdirir. Son olaraq Azərbaycanın mərkəzində, paytaxtında deputata qarşı terror aktını təşkil etdirdi. Bu gün İranın müxtəlif məsələlərlə bağlı Azərbaycanda törətmək istədiyi təxribatlar da artıq dövlətə məlumdur. Ona görə də İran dövlətinin Azərbaycanı günahlandırmağa mənəvi və hüquqi haqqı yoxdur".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb