Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlər mükafatlandırıldı - FOTOLAR

Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlər mükafatlandırıldı - FOTOLAR
SOSİAL
10:34 21.07.2021
623
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərin mükafatlandırılma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Mətbuatın 146-cı ildönümü ərəfəsində təşkil olunan tədbirdə Milli Məclisin deputatları Jalə Əliyeva, Şahin Seyidzadə, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri, media qurumlarının redaktorları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Mərasimdə çıxış edənlər Azərbaycan mətbuat tarixinə nəzər salaraq milli mətbuatın banisi Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci il iyulun 22-də işıq üzü görən "Əkinçi” qəzetinin tarixi əhəmiyyətindən söz açdılar. Qeyd olundu ki, "Əkinçi” qəzetinin ənənələri bu gün milli ruhlu, vətənpərvər və peşəkar jurnalistlər tərəfindən qorunub saxlanılır və zənginləşdirilir. Azərbaycan jurnalistlərinin 44 günlük Vətən müharibəsi dövründəki fədakar əməyi "Əkinçi” qəzetinin maarifləndirici missiya ilə uzlaşaraq tarixi mətbuat ənənəsinə sadiqliyin ən parlaq nümunəsidir.

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal jurnalistlərə açıqlamasında bildirdi ki, Vətən müharibəsi zamanı informasiya cəbhəsində öz peşə fəaliyyətlərini fədakarlıqla yerinə yetirən jurnalistləri mükafatlandırmaqda əsas məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasının günün tələblərinə uyğun daha da inkişaf etdirilməsinə yönəlmiş dövlət siyasətinə dövlət-QHT münasibətləri fonunda ictimai dəstək nümayiş etdirməkdir.

İcraçı direktor görkəmli təbiətşünas alim, milli mətbuatın banisi Həsən bəy Zərdabinin peşəkar, yaradıcı, araşdırıcı, çoxşaxəli jurnalist fəaliyyətinin müasir dövrdə fəaliyyət göstərən Azərbaycan jurnalistlərinə örnək olduğunu qeyd etdi. Vurğuladı ki, Həsən Bəy Zərdabi xalqın maariflənməsində, milli özünüdərkin formalaşmasında çox böyük rol oynayıb.

Tədbirdə 110-dan çox jurnalistə mükafat və müxtəlif hədiyyələr təqdim edilib. Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərlə yanaşı, ölkənin aparıcı media qurumlarının rəhbərləri, mətbuat xidmətlərinin rəhbərləri də mükafatlandırılıb.

Təltif olunanlar arasında AZƏRTAC-ın əməkdaşları Nicat Məmmədov, Roman İsmayılov, Şakir Qurbanov və Aydın Məmmədov da yer alıb.

Peşə fəaliyyətini yerinə yetirərkən həlak olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun layiq görüldüyü mükafatlar onların ailə üzvlərinə təqdim edilib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
15:47 19.06.2026
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim