"Vətən Sağ Olsun -3 Xüsusi Tapşırıq" layihəsi başa çatdı - VİDEO

"Vətən Sağ Olsun -3 Xüsusi Tapşırıq" layihəsi başa çatdı - VİDEO
SOSİAL
18:25 29.12.2020
539
Hərbi layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, MZ production tərəfindən hazırlanıb, hər həftənin şənbə günü İctimai TV -də yayımlanırdı.

 Layihəyə qoşulmaq üçün 4000-dən çox gənc müraciət etmişdi. Seçim turlarından keçən 10 gəncə "N" saylı hərbi hissədə hərbiçilər tərəfindən təlimlər keçirildi və xüsusi çağırışçı olan bu gənclər hər həftə verilən tapşırıqları icra etdilər.

Nəhayət yarış bitdi və yarışın finalçıları məlum oldu. 

1-yer Nurlan Hüseynov
2-ci yer Ceyla Nagizadə
3-cu yer Perviz Məmmədov  yığdıqları ballara əsasən seçildirlər. 

Qalib finalçılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom və pul mükafatları ilə təltif edildilər. 

Tədbirdə həmçinin yarışda iştirak edən 7gənc də diplom və dəyərli hədiyyələrlə mükafatlandırıldılar.


OXŞAR XƏBƏRLƏR