Vətəndaş DİN-in qarşısında özünü yandırdı

Vətəndaş DİN-in qarşısında özünü yandırdı
SOSİAL
17:38 26.04.2022
337
Bu gün günorta saatlarında Daxili İşlər Nazirliyinin (DİN) binasının qarşısında intihara cəhd olub.

Oxu.Az-ın məlumatına görə, hadisə zamanı orta yaşlı kişi özünü yandırmağa çalışıb.

Ərazidə olan polis əməkdaşları yanğını söndürüb və o, xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb:

"Həmin şəxs də buna etiraz edərək DİN-in inzibati binasının qarşısına gələrək intihara cəhd edib. Baş verən hadisə qurumun fəaliyyəti ilə əlaqədar deyil”.
OXŞAR XƏBƏRLƏR