Vətəndaş müharibəsini başlatdı, az qala ölkəni parçalayacaqdı... - Komada can çəkişən qiyamçı polkovnik kimdir?

SİYASƏT
16:09 31.07.2023
3360
Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun hazırda komada olduğu və reanimasiyaya yerləşdirilməsi ilə bağlı məlumatlar yayılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Bəs, qiyamçı polkovnik ləqəbi ilə tanınan Surət Hüseynov əslində kimdir?
 


AZXEBER.COM onun bioqrafiyasını oxuculara təqdim edir:

Surət Davud oğlu Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. 1977-ci ildən 1979-cu ilə qədər Sovet Ordusunda xidmət edib. 1980-ci ildə institutda oxuya-oxuya, Gəncə şəhərində xalça-mahud kombinatında usta köməkçisi kimi işləyib. 
 
Ermənistanın Azərbaycana hərbi təcavüzünün ardından o, 1992-ci ilin əvvəllərində könüllü batalyon yaradıb. Yaratdığı batalyon qısa zaman ərzində müharibənin gedişatında önəmli rola sahib olub. 

Məhz buna görə, o zamanki prezident Əbülfəz Elçibəy onu Azərbaycan Respublikası baş nazirinin müavini və prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrinə təyin edib. S.Hüseynovun batolyonu 1992-ci ilin iyun-oktyabr aylarında Qarabağ ərazisinin 52%-i — Gülüstan rayonu, Ağdərənin böyük hissəsi, Laçın rayonu (şəhər istisna olmaqla), ümumilikdə 220 yaşayış məntəqəsi düşməndən azad etməyə nail olub. Bu xidmətlərinə görə, 9 oktyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
 


Onu Azərbaycan xalqına daha çox tanıdan çıxartdığı qiyam olub. Belə ki, 4 iyun 1993-cü ildə Elçibəy hakimiyyətinə qarşı qiyam qaldıraraq, ölkəni vətəndaş müharibəsinin astanasına gətirib. Onun bu cəhdindən sonra o zamanki prezident Əbülfəz Elçibəy Naxçıvan Ali Məslicinin sədri Heydər Əliyevi Bakıya dəvət edib.

Surət Hüseynovun bu addımı onun baş nazir vəzifəsinə təyin edilməsinə qədər qaldırıb. Ancaq qiyamçı polkovnik bu vəzidə də çox qalmayıb. O, 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.

Bundan sonra S.Hüseynov 1994-cü ilin oktyabrında yenidən dövlət çevrilişinə cəhd edib. Ancaq onun bu cəhdi baş tutmayıb və ardınca Rusiyaya qaçıb. 

Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub. 

Surət Hüseynov 2004-cü ildə həbsdən azad edildikdən sonra xarici ölkələrdə, o cümlədən Rusiya və Türkiyədə bizneslə məşğul idi. Hazırda da onun məhz biznes fəaliyyəti ilə bağlı İstanbula getdiyi bildirilir.
 
Ayşən 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir