19:32 Bazar Günü, 15 Dekabr 2019
SOSİAL

Vətəndaş şikayət etdi, Vilayət Eyvazov mayoru işdən çıxardı

17:20, 15.10.20197327
Vətəndaş şikayət etdi, Vilayət Eyvazov mayoru işdən çıxardı

Vilayət Eyvazovun əmri ilə Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis Bölməsinin tədqiqatçısı, polis mayoru Əliyev Zamiq Elxan oğlu işdən çıxarılıb.

AZXEBER.COM Unikal.org-a istinadən xəbər verir ki, vətəndaş Quliyev Bulud İnqilab oğlunun Daxili İşlər Nazirliyinə şikayətindən sonra nazir, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Bakı Şəhər Baş Polis idarəsində araşdırma aparılıb.

Araşdırmadan sonra işində yol verdiyi ciddi nöqsanlara görə, Z.Əliyev vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Vətəndaş Bulud Quliyev şikayətinə operativ və obyektiv baxıldığı üçün Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova və Bakı Şəhər Baş Polis idarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidova öz minnətdarlığını bildirib.

XƏBƏR LENTİ