Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama

Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
SOSİAL
15:47 13.10.2026
103
Sosial şəbəkələrdə vətəndaşın aldığı ciyər ətinin daxilində ağ düyünlərin və rəng fərqlərinin müşahidə olunduğunu əks etdirən görüntülər yayılıb.

Sözügedən görüntülər məhsulun keyfiyyəti və qida təhlükəsizliyi ilə bağlı müzakirələrə səbəb olub.

Bəs qaraciyərdə bu cür düyünlərin yaranmasına hansı amillər səbəb olur və bu, insan sağlamlığı üçün nə dərəcədə təhlükəlidir?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan "Refresh Group” MMC-nin Baş İcraçı Direktoru Seymur Qafarov bildirib ki, qaraciyərdə müşahidə olunan ağ düyünlər müxtəlif parazitar xəstəliklərlə əlaqəli ola bilər.

"Şəkildə təqdim olunan görüntüdə heyvanın qaraciyər toxumasında fındıq böyüklüyündə düyünlər və törəmələr aşkar şəkildə görünür. Bu əlamətlərin bir sıra səbəbləri ola bilər. İlk növbədə, parazitar xəstəliklər ehtimal olunur. Bu düyünlərin yaranmasına səbəb olan parazitlərdən biri exinokoklardır. İri və xırdabuynuzlu heyvanların qaraciyərində kistik və əhəngləşmiş düyünlərin yaranmasına səbəb olan exinokoklar geniş yayılmış parazitlərdəndir. Parazit qaraciyərdə inkişaf edərək daxilində maye və digər möhtəviyyat olan kistalar əmələ gətirir. Zaman keçdikcə həmin nahiyələrdə əhəngləşmə baş verə və düyünlər sərtləşərək fındıq böyüklüyündə forma ala bilər. Digər ehtimal isə fassiolyoz və ya digər helmintozlarla bağlıdır. Qaraciyər qurdları və digər parazitlərin toxumalarda yaratdığı zədələnmələr, eləcə də bu nahiyələrdə inkişaf edən xroniki iltihabi proseslər nəticəsində fındıq böyüklüyündə düyünlər və ağımtıl ocaqlar əmələ gələ bilər. Şəkildə qaraciyərin ümumi görünüşündə, rəngində və toxumasında da diqqətçəkən dəyişikliklər müşahidə olunur".
  
 
Mütəxəssis qeyd edib ki, qaraciyərin rəngində və toxumasında müşahidə olunan dəyişikliklər də diqqət tələb edir.

"Sağlam qaraciyər, adətən, tünd qırmızı-qəhvəyi rəngdə və nisbətən hamar səthə malik olur. Burada isə toxuma daxilində görünən törəmələr və düyünlər orqanda patoloji prosesin mövcudluğuna işarə edə bilər.

Bu əlamətlər qida təhlükəsizliyi baxımından da ciddi narahatlıq doğurur. Belə dəyişikliklər aşkar edildikdə, baytarlıq müayinəsi aparılmadan qaraciyər və digər ət məhsulları istehlak edilməməlidir. Parazitar xəstəliklər, xüsusilə exinokokkoz, insan sağlamlığı üçün təhlükə yarada bilər. Buna görə də heyvan mənşəli məhsulların baytarlıq-sanitariya nəzarətindən keçirilməsi vacibdir”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bizə İrandan ixrac edilən İslam lazım deyil” - Deputat
16:10 13.10.2026
“Bizə İrandan ixrac edilən İslam lazım deyil” - Deputat
İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
16:00 13.10.2026
İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
15:59 13.10.2026
“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
15:55 13.10.2026
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
15:47 13.10.2026
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
15:39 13.10.2026
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
15:35 13.10.2026
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
ƏMAS-da yenilik - Artıq...
15:24 13.10.2026
ƏMAS-da yenilik - Artıq...
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
15:22 13.10.2026
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
15:11 13.10.2026
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
15:08 13.10.2026
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
TikTok-da yeni funksiya
15:05 13.10.2026
TikTok-da yeni funksiya
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
15:04 13.10.2026
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
14:09 13.10.2026
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
14:07 13.10.2026
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
14:05 13.10.2026
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ