Vətəndaşlar pensiya kapitalından vaxtından əvvəl istifadə edə bilər? - AÇIQLAMA

Vətəndaşlar pensiya kapitalından vaxtından əvvəl istifadə edə bilər? - AÇIQLAMA
SOSİAL
14:32 06.11.2025
153
Azərbaycanda vətəndaşların pensiya fondunda yığılan kapitalı vaxtından əvvəl istifadə etməsi nəzərdə tutulmur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. 

İqtisadçı Xalid Kərimli AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycanda pensiya kapitalının vaxtından əvvəl istifadəsi mövcud icbari pensiya sistemində mümkün deyil:

"Azərbaycanda pensiya kapitalının vaxtından əvvəl istifadəsi mövcud icbari pensiya sistemində mümkün deyil. Bu barədə yalnız özəl pensiya fondları fəaliyyətə başladıqda danışmaq olar. İcbari pensiya sistemində isə sözügedən məsələ heç vaxt gündəmdə olmayıb”.


Ekspert qeyd edib ki, belə bir mövzunun aktual olmamasının bir sıra səbəbləri var:

"Ölkənin pensiya fondu imkan vermir ki, pensiya ödənişləri tam şəkildə qarşılansın. Pensiya fondunun kəsiri büdcədən maliyyələşdirilir. Pensiya fondunun artıq vəsaiti olmadığı üçün pensiya kapitalından kimin­sə vaxtından əvvəl istifadə etməsi də mümkün deyil”.

X.Kərimli əlavə edib ki, pensiya kapitalından müəyyən hallarda istifadə mümkündür:

"Pensiya kapitalından vətəndaşlar yalnız əmək qabiliyyətini itirdikdə yararlana bilirlər. Həmçinin şəxs vəfat etdikdə, onun pensiya kapitalı 18 yaşına çatmayan ailə üzvün-ailə başçısını itirməyə görə müavinət kimi ödənilir. Əgər hökumətin pensiya kapitalını istənilən vaxt vermək niyyəti olsaydı, pensiya yaşını artırmazdı. Əksinə, pensiya yaşının artırılması həmin prosesdən istifadənin minimuma endirilməsi məqsədi daşıyır. Nəticə etibarilə, pensiya kapitalından vaxtından əvvəl istifadə heç vaxt mümkün olmayacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR