Vətəndaşlar tezliklə mənzillərinə çıxarış ala biləcəklər - Fərmanın şərhi

Vətəndaşlar tezliklə mənzillərinə çıxarış ala biləcəklər - Fərmanın şərhi
SOSİAL
15:14 19.02.2019
2194
Bu gün ölkə başçısı tərəfindən çoxmənzilli binaların istismarına icazə, bu icazə verildiyi gündən 1 ay müddətində həmin binalarının su, kanalizasiya xidməti, işıq və qazla təchiz edilməsi və belə binalardakı mənzillərin "çıxarış”la təmin edilməsi ilə bağlı Fərman imzalanıb.
Azvision.az xəbər verir ki, sənədə əsasən tikinti-quraşdırma işləri başa çatmış və faktiki istifadə edilən çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi aşağıdakı sadələşdirilmiş qaydada həyata keçiriləcək:

- Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində binaları möhkəmlik baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda müvafiq rəy tərtib edib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir;

- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu binanın istismarına icazə verir;

- "Azərsu” ASC, "Azərişıq” ASC və "Azəriqaz” İstehsalat Birliyi binalarının istismarına icazə verildiyi gündən 1 ay müddətində çoxmənzilli yaşayış binalarının su, kanalizasiya xidməti, işıq və qazla təchiz edilməsini təmin edir;

- Əmlak Məsələləri Dövlət Komitəsi istismarına icazə verilmiş binalardakı mənzillərə qısa müddətdə çıxarışın verilməsini təmin edir.

Fövqəladə Hallar Nazirliyinin binanın müayinəsi barədə rəyi mənfi olduqda aşkar olunmuş konkret çatışmazlıqlar və onların aradan qaldırılması üçün zəruri tədbirlər barədə rəy yaşayış binasının sahibinə təqdim edilir. Rəydə göstərilmiş çatışmazlıqlar 5 ay müddətində aradan qaldırıldıqda müayinənin yenidən aparılması üçün FHN-nə müraciət edilir.

Fərmana əsasən FHN, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, "Azərsu” ASC, "Azərişıq” ASC və "Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu Fərmanın icrası ilə bağlı görülmüş tədbirlər və işlərin gedişatı barədə hər ay Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
10-cu sinif şagirdi kanalda batdı - FOTO
16:57 27.06.2025
10-cu sinif şagirdi kanalda batdı - FOTO
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
16:43 27.06.2025
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb