Vətəndaşlara hərbi təlimlərlə bağlı saxta məktublar göndərilir - Nazirlikdən açıqlama

Vətəndaşlara hərbi təlimlərlə bağlı saxta məktublar göndərilir - Nazirlikdən açıqlama
SOSİAL
14:54 08.10.2021
338
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti elektron poçt üzərindən həyata keçirilən daha bir "fişinq” kampaniyasını qeydə alıb.
 
Belə ki, vətəndaşlara elektron poçt üzərindən göndərilən saxta məktublarda guya Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə müxtəlif hərbi təlimlərin keçirildiyi bildirilir.
 
Qeyd olunur ki, həmin təlimləri canlı izləmək üçün Dövlət Mülki Aviasiya Agentliyi Müdafiə Nazirliyi ilə birlikdə "Sarsılmaz qardaşlıq – 2021” proqramını hazırlayıb. Saxta məktubda həmin proqramın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edildiyi vurğulanır.

Daha sonra istifadəçidən saxta məktuba əlavə edilən keçidə daxil olması və proqramı yükləməsi istənilir. Həmin keçiddə isə zərərverici proqramlar yerləşdirilir və keçidə daxil olub proqramı yükləyən istifadəçinin cihazı yoluxur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir. Məqsəd müxtəlif sosial mühəndislik texnikalarından istifadə edərək istifadəçiləri zərərli keçidlərə daxil olmağa vadar etməklə cihazlarını yoluxdurmaq və fərdi məlumatlarını ələ keçirməkdir.

Vətəndaşlara tövsiyə olunur ki, bu kimi məlumatlara etimad etməsinlər. İlk öncə fərqli əlaqə vasitələrindən istifadə etməklə məktubun göndərildiyi ünvanı və məlumatların düzgünlüyünü rəsmi mənbədən yoxlasınlar. Tanımadıqları şəxslərdən göndərilən heç bir keçidə daxil olmasınlar və hər hansı faylı yükləməsinlər.

Bununla yanaşı, e-poçtdan təhlükəsiz istifadəyə dair Elektron Təhlükəsizlik Xidməti tərəfindən hazırlanan təlimatda göstərilən tövsiyələrə əməl etsinlər: "E-poçtdan təhlükəsiz istifadəyə dair” təlimat: https://cert.az/news/2020/elektron-poctdan-tehlukesiz-istifadeye-dair-telima Vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdiklərində www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış tiktoker həbs edildi
16:22 30.07.2026
Tanınmış tiktoker həbs edildi
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı