Vətəndaşları aldadan 'Access Bank' işçisi həbs edildi

İDMAN
19:05 28.03.2013
3436
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla “Access Bank” Qapalı Səhmdar Cəmiyyətinin “20 yanvar” filialında saxta sənədlər əsasında külli miqdarda özgə əmlakının mənimsənilməsi faktları aşkar edilib.Baş Prokurorluğun mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan xəbərə görə, filialın kredit mütəxəssisi Kamal Fərəcov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyriləri ilə cinayət əlaqəsinə girməklə 2010-2012-ci illərdə ayrı-ayrı şəxslərin adlarına saxta sənədlər tərtib etməklə 141 min 867 manat məbləğində kredit rəsmiləşdirərək mənimsəyib.Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR