“Vətəndaşları bu kimi əməllərə yol verməməyə çağırırıq” - AÇIQLAMA

“Vətəndaşları bu kimi əməllərə yol verməməyə çağırırıq” - AÇIQLAMA
SOSİAL
17:02 15.12.2025
119
Yeni il ərəfəsində pirotexniki vasitələrin – partladan, fişəng və digər bu kimi məhsulların satışına qadağa qoyulmasına baxmayaraq, bəzi şəxslər hələ də bu məhsulları qanunsuz şəkildə satmaqda davam edirlər. Bu hal həm insanların təhlükəsizliyi, həm də ictimai asayiş baxımından narahatlıq yaradır. 

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, pirotexniki vasitələrin satışına xüsusi icazə əsasında yol verilir:

"Məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil etmək qadağandır. Pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə müvafiq dövlət qurumu tərəfindən verilən "xüsusi icazə” əsasında yol verilir”.

C.Qənbərli vurğulayıb ki, məsələ ilə bağlı müəyyən tədbirlər görülür:

"Pirotexniki məmulatların satışı aşkar olunarkən həmin vasitələr satışdan çıxarılır, satışı ilə məşğul şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana - məhkəmələrə göndərilir”. 

O bildirib ki, bu vasitələr insanların təhlükəsizliyinə ziddi ziyandır:

"Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilər. Ona görə də vətəndaşları bu kimi əməllərə yol verməməyə çağırırıq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR