İsrailli yazıçı David Antonelli qatıldığı verilişdə dəhşətli fikirlər səsləndirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Fransanın "I24News TV" televiziya proqramına danışan yazıçı İsrailin amansız olması lazım olduğunu bildirərək ölkəni müdafiə edib və ölən israil vətəndaşlarının intiqamının alınmasını vacib olduğunu bildirib:
"Açığı, 2 milyon Qəzzalı məni maraqlandırmır. Mənim üçün həqiqətən önəmli olan 1300 israillinin intiqamıdır".
David Antonelli əlavə edib ki, İsrail Qəzzaya qayıtmalı, HƏMAS-ı məhv etməli və bölgəni geri almalıdır.
Yazıçı müəllif ritorikasını gücləndirərək deyib:
"Netanyahu bu gün yalnız bir şeyi düşünməlidir: Bu dəhşətli cinayətlərin qurbanlarının qisasını almaq və İsrailin şərəfini yüksəltmək. Əgər bunu edə bilmirsə, istefa verməlidir".
Mikayıl