‘Vətəndaşlarımızın təhlükəsizliyi üçün bütün lazımi addımlar atılıb’ - AÇIQLAMA

SİYASƏT
16:54 21.02.2014
1098

“Ukraynada baş verənlər Azərbaycan dövlətinin hər zaman diqqətindədir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliynin (XİN) mətbuat katibi Elman AbdullayevUkraynada baş verən qanlı toqquşmalarla bağlı danışarkən söyləyib. O, nazirlik tərəfindən Ukraynadakı səfirliyə bütün lazımi tapşırıqların verildiyini bildirib:

Bu gün bizim Ukraynada minlərlə tələbəmiz oxuyur. Eyni zamanda Ukraynada çoxlu azərbaycanlı iş adamları da var. Biz Kiyevdə olan səfirliyimizə bütün tapşırıqlarımızı vermişik. Vətəndaşlarımızın təhlükəsizliyi üçün bütün lazımi addımlar atılıb”.

Qeyd edək ki, Ukrayna Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, hazırda Kiyevin mərkəzində polislə vətəndaşlar arasında baş tutan toqquşmalar nəticəsində ölənlərin sayı 100-ü keçib. Yaralıların sayının isə 500-ə çatdığı deyilir.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR