Vətəndaşa xəstə heyvan veriləndə, o nə etməlidir? - AÇIQLAMA

Vətəndaşa xəstə heyvan veriləndə, o nə etməlidir? - AÇIQLAMA
SOSİAL
14:06 20.07.2026
912
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində "Agro Best” şirkəti ilə 66 milyon 150 min manat dəyərində satınalma müqaviləsi bağlayıb. Müqaviləyə əsasən, layihə iştirakçılarının kənd təsərrüfatı heyvanları və digər zəruri vasitələrlə təmin olunması nəzərdə tutulur. Bununla belə, alınacaq heyvanların sayı və digər təfərrüatlar açıqlanmayıb.
 
Qeyd edək ki, əvvəlki dövrlərdə özünüməşğulluq proqramı çərçivəsində verilən bəzi heyvanların xəstə və ya sağlamlıq problemlərinin olması ilə bağlı vətəndaşlar tərəfindən müxtəlif narazılıqlar səsləndirilib. Bu baxımdan, yeni satınalma çərçivəsində təqdim ediləcək heyvanların sağlamlıq vəziyyətinə nəzarət məsələsi yenidən diqqət mərkəzinə gəlib.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli AZXEBER.COM-a açıqlamasında bildirib ki, xəstə heyvanın vətəndaşa təhvil verilməsi nəzarət mexanizmlərində boşluqların olduğunu göstərə bilər:

"Əgər heyvan vətəndaşa təhvil verilən zaman xəstə olubsa, bu, təkcə təchizatçı şirkətin deyil, qəbul prosesinə nəzarət edən dövlət qurumlarının da məsuliyyət məsələsidir. Çünki dövlət vəsaiti hesabına alınan heyvanların keyfiyyətinə ciddi nəzarət edilməli, onların sağlamlığı müstəqil baytarlıq müayinəsi ilə təsdiqlənməlidir. Əgər buna baxmayaraq xəstə heyvan vətəndaşa təhvil verilirsə, bu, nəzarət mexanizmlərində boşluqların olduğunu göstərə bilər”.

O qeyd edib ki, bir çox hallarda vətəndaş heyvanı qəbul etdikdən sonra onun xəstə olduğunu sübut etməkdə çətinlik çəkir:

"Digər problem ondan ibarətdir ki, bir çox hallarda vətəndaş heyvanı qəbul etdikdən sonra onun xəstə olduğunu sübut etməkdə çətinlik çəkir. Nəticədə məsuliyyətin kimə aid olduğu uzun mübahisə mövzusuna çevrilir və zərəri proqram iştirakçısı çəkir. Halbuki proqramın məqsədi aztəminatlı və işsiz insanların gəlir əldə etməsinə kömək etməkdir. Əgər verilən heyvan xəstədirsə və ya qısa müddətdə tələf olursa, proqram öz məqsədini itirmiş olur.

Belə hallarda dövlət yalnız araşdırma aparmaqla kifayətlənməməlidir. Əgər heyvanın təhvil zamanı xəstə olduğu müəyyən edilirsə, onun dərhal sağlam heyvanla əvəz olunması, təchizatçı şirkətə qarşı sanksiyaların tətbiqi və məsul şəxslərin cavabdehlik daşıması təmin edilməlidir. Əks halda, eyni problemlər təkrar yaşanacaq və dövlət vəsaitinin səmərəliliyi ilə bağlı suallar artacaq”.

İqtisadçı deyib ki, bu proqramda daha şəffaf nəzarət mexanizmlərinə ehtiyac var:

"Bu proqramda daha şəffaf nəzarət mexanizmlərinə ehtiyac var. Heyvanların seçilməsi, baytarlıq müayinəsi və vətəndaşa təhvil verilməsi prosesi ictimai nəzarətə açıq olmalı, bütün müayinə sənədləri proqram iştirakçısına təqdim edilməli və müəyyən zəmanət müddəti tətbiq olunmalıdır. Bu həm vətəndaşın hüquqlarını qoruyar, həm də dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə xərcləndiyinə inamı artırar. Nəticə etibarilə, belə şikayətlərin vaxtaşırı təkrarlanması göstərir ki, tək-tək problemlərdən deyil, nəzarət sisteminin effektivliyi ilə bağlı daha ciddi suallardan söhbət gedir. Dövlətin vəzifəsi yalnız heyvan paylamaq deyil, verilən dəstəyin həqiqətən işlək gəlir mənbəyinə çevrilməsini təmin etməkdir. Bunun üçün isə keyfiyyətə nəzarət, şəffaflıq və məsuliyyət mexanizmləri daha ciddi şəkildə işləməlidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri