"Vətəni qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur" - Cəlal Qurbanov

SOSİAL
11:51 04.04.2016
3336
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cəlal Qurbanov son günlər cəbhədə baş verən hadisələrlə bağlı fikrini bildirib.
AZXEBER.COM-un məlumatına görə, Qurbanov televiziyalara müraciət edib və hər zaman vətənpərvərlik mövzusunda filmlərin, mahnılarının yayımlanmasının tərəfdarı olduğunu deyib: "Təkcə bu günlərdə deyil, hər gün, Vətənpərvərlik haqqında televiziya kanallarında kliplərin göstərilməsi, FM dalğalarında mahnıların və şeirlərin səsləndirilməsini istərdim. Bu da Vətənimizin keşiyində duran məğrur və cəsur əsgərlərimizdə ruh yuksəkliyini daha artırar. Mən buna əminəm ki, bizim rəşadətli ordumuzun gücü sayəsində, bir qarışda olsun torpağımız, düşmən tapdağı altinda qalmayacaq. Vətəni qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.Mən də hamı kimi bu borcu verməyə hər an hazıram.Canım sənə fəda olsun Azərbaycan!!"Cəlal Qurbanov həmçinin "Qarabağın Səsi!" adlı şeirini də sosial şəbəkələrdə paylaşıb:

Qarabagda nalsız qalan,O atların dırnağları,Qayalardan od qoparır.Məscidlərdə minarələr alovlanır,Yağı düşmən,məzarlardan ad qoparır.O kimsəsiz ağacların,Budağların yel qoparır.Meyvəsini sel aparır.O səslərdən damarlarda,Axan qanlar coşub çağlar,Vətən deyib sinə daglar.Bizi səslər Cıdır düzü,Gen dərələr, sıra dağlar.Qəmli qəmli nəğmə deyən,Buz bulağlar.O xan qızı Natəvanda,Segah üstə, qoca Xanda,Tənha qalan Qarabaga səslər bizi.

Ey Türk oğlu!Orda səni,Səsləyən var, gözləyən var.Sənə ümüd bəsləyən var.Qalx ayaga bir dəfəlik de sözünü,Darda qalan Qarabağın,Qoyma yolda sən gözünü!Qeyd edək ki, sözləri Cəlal Qurbanova, musiqisi isə Tünzalə Ağayevaya məxsus olan mahnı vətənpərvərlik mövzusunda yazılan ən təsirli musiqilərdəndir. Mahnı "ASAN Könüllüləri" İctimai Birliyinin təşəbbüsü ilə yazılıb.Bu ifaya Türkiyə mediasında da geniş yer ayrılıb. Qardaş ölkənin ən nüfuzlu qəzetlərindən olan "Hürriyet" bu məsələyə toxunub və Cəlal Qurbanovun açıqlamasını yayımlayıb.

OXŞAR XƏBƏRLƏR