"Şəhidimiz Orxan Əsgərov və səfirliyin digər əməkdaşları qəhrəmanlıq göstərərək, daha böyük faciənin qarşısını almış oldular".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov İranın səfirliyimizdə törətdiyi terror hadisəsinə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, Vətənimiz Orxan Əsgərov kimi oğulların şücaəti sayəsində həmişə var olacaq:
"Bu gün Azərbaycanın İrandakı səfirliyindəki xain terror hücumunun qurbanı olan şəhidimiz Orxan Əsgərov Vətən torpağına tapşırıldı. Hamımız dərin hüzn içindəyik. Çünki düşmən olmayan bir qonşu dövlətdən ilk dəfədir şəhidimiz olur. Şəhidimiz Orxan və səfirliyin digər əməkdaşları qəhrəmanlıq göstərərək, daha böyük faciənin qarşısını almış oldular. Belə qəhrəman oğullarımız olduqca bu xalqın iradəsini heç kim qıra bilməyəcək. Vətənimiz belə oğulların şücaəti sayəsində həmişə var olacaq".
"Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə deputat əlavə edib.
Aydın Nuri