”Vətənin cəsur döyüşçüləri-2” kitabı dərc olundu - FOTOLAR

”Vətənin cəsur döyüşçüləri-2” kitabı dərc olundu - FOTOLAR
SOSİAL
17:32 12.12.2023
330
Yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru İradə Əlili, Nuranə Şıxaliyeva və Faiq Hüseynovun müəllifi olduğu ”Vətənin cəsur döyüşçüləri-2” adlı kitabı 3 dildə azərbaycan, ingilis və rus dilində nəşr olunub.
 
AZXEBER.COM xəbər verir ki, kitabda Azərbaycan ərazilərinin,tarixi torpaqlarının uzun illər ərzində qeyri-qanuni zəbt edilməsinə son qoymaq məqsədi ilə torpaqlarımızın erməni terrorçularından azad olunması uğrunda canından keçən Sabirabad rayonundan olan şəhidlər, qazilərimiz-müharibədə iştirak edən oğullar  haqqında məlumatlar öz əksini tapmışdır.
 
Nəşrin redaktorları  Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) aparatının əməkdaşı, şair publisist Azadə Novruzova və Minaxanım  Əkrəmqızıdır , dizayneri isə Fuad Musayevdir. Kitabı tərcümə edənlər Ellada Mirzəyeva, Fatma Hüseynova, Pərvanə Səlimovadır.
 
Məsləhətçilər isə Könül Həbibqızı, Vüqar Hacıyev, Firəngiz Quliyevadır, korrektoru Könül Məmmədzadədir. Kitab geniş oxucu kütləsi  üçün nəzərdə tutulmuşdur.
 
Birinci müəllif İradə Əlili  kitabda əməyi keçən bütün dostlara minnətdarlığını bildirir.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR