Vətəninə və musiqi sənətinə həsr olunmuş bir həyat

Vətəninə və musiqi sənətinə həsr olunmuş bir həyat
SOSİAL
19:17 29.03.2025
384
Bəzən elə insanlar vardır ki, onların gördüyü işlər, göstərdiyi fədakarlıq səssiz, təmənnasız olur, amma qəlblərdə dərin iz buraxır. Gülnarə Səfərova məhz belə insanlar sırasında xüsusi yer tutur. Onun illərdir yeni nəsillərin musiqi təhsilinə, mənəvi vətənpərvər yetişməsinə sərf etdiyi böyük əmək, sevgi və sədaqət Azərbaycan musiqisinin və gəncliyinin inkişafında əvəzsiz iz buraxıb.

Gülnarə xanım öz həyat yolunda daim ülvi dəyərlərə bağlı olub. Onun fəaliyyətində məqsəd heç vaxt şəxsi mənafelər üzərində qurulmayıb. Əksinə, o, daim cəmiyyət üçün çalışan, gənclərə yol göstərən, onlara ruh və ümid verən bir müəllim, rəhbər və bələdçi kimi tanınıb. Vətən sevgisini, milli musiqiyə dərin məhəbbəti o qədər böyük bir şövqlə ötürüb ki, bu sevgi illərdir onun yetişdirdiyi tələbələrin ürəklərində yaşamağa davam edir.

Bu fədakar fəaliyyət, təbii ki, təsadüfi deyil. 

Gülnarə Səfərovanın mənəviyyatının bünövrəsi onun ailəsindən, valideynlərindən gələn yüksək tərbiyə və dəyərlərdir. Onun böyüdüyü mühitdə daim vətənə xidmət, ləyaqət, dürüstlük və milli irsə bağlılıq ön planda olub. Valideynləri də hər zaman Azərbaycan üçün fədakar xidmət göstərmiş, bu ülvi amalın ən gözəl nümunələrini övladlarına ötürüblər. 

Elə buna görə də o hər zaman böyük qürur və məsuliyyət hissi ilə ölkəsinə və musiqi dünyasına xidmət edir.

Bu gün Gülnarə Səfərova təkcə rəhbəri oldugu 6,12 nömrəli musiqi məktəbinin yox, dəyərli müəllim deyil, həm də bir tərbiyəçi, əsl vətənpərvər və gələcəyin qurucularını yetişdirən bir yol göstərən şəxsiyyətdir. Onun tələbələri yalnız peşəkar musiqi bacarıqları ilə deyil, həm də vətənpərvər ruhları, milli dəyərlərə bağlılıqları ilə seçilirlər. 

Bu da bir daha göstərir ki, Gülnarə xanım onlara təkcə musiqi sənətini deyil, eyni zamanda Azərbaycan sevgisini də aşılayır.
Belə fədakar insanların fəaliyyəti bizə bir daha xatırladır ki, cəmiyyətin inkişafı üçün zəhmət çəkmək, gələcək nəsillərə dəyərli töhfələr vermək heç bir şəxsi məqsəd olmadan da mümkündür. Əsas olan ürəkdən gələn sevgi və fədakarlıqdır.

Azərbaycan cəmiyyəti onun timsalında əsl vətəndaş, nümunəvi pedaqoq və vətənsevər şəxsiyyətin necə olmalı olduğunu görür.
OXŞAR XƏBƏRLƏR