Veynaldum DÇ-2022-ni buraxacaq

İDMAN
19:12 27.08.2022
301
Futbol üzrə Niderland millisinin yarımmüdafiəçisi Corcinyo Veynaldum bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.

AZXEBER.COM xəbər verir ki, "Roma”da çıxış edən 32 yaşlı futbolçunun bu ilin sonuna kimi yaşıl meydanlara qayıtması mümkünsüz görünür.

O, ən yaxşı halda 2023-cü ilin əvvəlində sıraya dönə biləcək. Məşqdə sağ ayağının baldır sümüyü sınan oyunçu həkimlərlə məsləhətləşdikdən sonra əməliyyatdan imtina etmək qərarına gəlib. Veynaldum mundial bitəndən, klub mövsümü bərpa olunandan sonra sıraya dönəcək.

DÇ-2022 20 noyabr-18 dekabr aralığında keçiriləcək.
OXŞAR XƏBƏRLƏR