Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR

Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
SOSİAL
12:58 30.07.2026
536
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə, "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, ADA Universitetinin tərəfdaşlığı ilə 15–26 iyul tarixlərində şəhid övladları üçün keçirilən "Zəfər” Amerika Yay Düşərgəsi uğurla yekunlaşıb.

"Zəfər” Amerika Yay Düşərgəsinin əsas məqsədi şəhid övladlarının beynəlxalq təcrübə qazanmalarına, liderlik və akademik bacarıqlarının inkişafına, dünyagörüşlərinin genişlənməsinə, eləcə də onların beynəlxalq təhsil və əməkdaşlıq imkanları ilə yaxından tanış olmalarına töhfə vermək olub.

İki həftə davam edən proqram çərçivəsində iştirakçılar ABŞ-nin siyasi, tarixi və akademik mühiti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Düşərgə iştirakçıları Ağ Ev, ABŞ Kapitolu, ABŞ Ali Məhkəməsi və Konqres Kitabxanası kimi ölkənin mühüm dövlət institutlarını ziyarət edib, Corc Vaşinqton Universiteti, Amerika Universiteti və Vaşinqton şəhərində fəaliyyət göstərən ADA Evində keçirilən təlim, seminar və mühazirələrdə iştirak ediblər.

Proqram çərçivəsində iştirakçılar Smitsonian İnstitutu, Milli İncəsənət Qalereyası, ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun tarixi Mount Vernon malikanəsi və Arlinqton Milli Məzarlığını da ziyarət edərək ölkənin tarixi, mədəniyyəti və dövlətçilik ənənələri haqqında ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, proqramda cari tədris ili ərzində ali təhsil müəssisələrində ingilis dilində təhsil alan və yüksək akademik göstəriciləri ilə seçilən ADA Universiteti, Xəzər Universiteti və Azərbaycan Tibb Universitetinin ümumilikdə 10 nəfər şəhid övladı iştirak edib.

Veysəloğlu Şirkətlər Qrupu sosial məsuliyyət strategiyası çərçivəsində şəhid ailələri və onların övladlarının təhsilinə, şəxsi inkişafına və gələcək uğurlarına töhfə verən layihələrə davamlı dəstək göstərir. Şirkət gənclərin beynəlxalq bilik və təcrübə qazanmasını, onların potensialının inkişafına xidmət edən təşəbbüslərin həyata keçirilməsini özünün prioritet istiqamətlərindən biri hesab edir.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
23:54 04.11.2026
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
23:50 04.11.2026
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
“Tramp hələ də sizin prezidentinizdir”
23:45 04.11.2026
“Tramp hələ də sizin prezidentinizdir”
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
23:26 04.11.2026
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
23:04 04.11.2026
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
23:00 04.11.2026
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
22:50 04.11.2026
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
22:44 04.11.2026
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
21:58 04.11.2026
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir