Vəzifə saxtakarlığında təqsirli bilinmişdi: Bəraət aldı

KRİMİNAL
11:17 15.02.2024
611
Əlillik dərəcələrinin verilməsi məqsədilə təyin edilmiş diaqnozları saxtalaşdırmaqda təqsirli bilinərək cərimələnən həkim Könül Sultanovanın cinayət işi yenidən araşdırılıb.

"Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi istintaq materiallarına yenidən baxış keçirib, dəlil və sübutlar təkrar tədqiq edilib. Xanım müttəhim ona əsassız ittiham verildiyini qeyd edərək bəraətini tələb edib. 

Elmar Rəhimovun sədrlik etdiyi hakimlər heyəti apellyasiya şikayətini əsaslı hesab edib, həkim xanımın təqsirsiz olduğu qənaətinə gəlib. Qərara əsasən, K.Sultanovaya bəraət verilib.
Qeyd edək ki, Könül Sultanova Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi. İttihama görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 15 saylı şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının üzvü K.Sultanovanın öz fəaliyyət göstərdiyi komissiyaya müraciət edən şəxslərə əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədilə onların xəstəlikləri barədə məlumatları bilərəkdən ağırlaşdırıb, təhrif edilən formada rəsmi elektron informasiya resursuna daxil edib.

Binəqədi Rayon Məhkəməsi müttəhimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və vəzifə saxtakarlığında təqsirli bilmişdi. Hökmə əsasən K.Sultanova 3 min manat cərimə edilmişdi. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb, Sultanovanın kassasiya şikayəti isə təmin edilib. Ali Məhkəmə qərarda qanun pozuntuları aşkar edərək işi yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarmışdı.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir