Vəzifədən birbaşa həbsə gedən məmurlar: Onlar kimlərdir? - SİYAHI

Vəzifədən birbaşa həbsə gedən məmurlar: Onlar kimlərdir? - SİYAHI
Siyasət
14:42 15.10.2018
9289
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin direktoru Qüdrət Şükürovun barəsində cinayət işi başlayıb. Adı müxtəlif qalmaqallarda hallanan, qızına 400 minlik toy edərək gündəmə gələn sabiq direktorun milyonlarla yeyintiyə yol verdiyi iddia olunur.

AZXEBER.COM vəzifədən azad edildikdən dərhal sonra cinayət məsuliyyətinə cəlb olunmuş məmurlarla bağlı araşdırma aparıb.

Sabiq baş nazir Sürət Hüseynov vəzifədən azad edilikdən sonra Moskvaya qaçmağı bacarsa da, 1997-ci ildə Rusiyada tutularaq ölkəmizə gətirilib. 1999-cu ilin fevralında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

Sabiq Səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında həbs olunub və bu günə qədər həbsdədir. 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Ə.İnsanovun həbs müddəti daha sonra yenidən artırılıb. Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev də vəzifə başında həbs olunan məmurlardandır. 2005-ci ilin oktyabrında "Azpetrol” şirkətinin prezidenti olan qardaşı Rafiq Əliyevlə birgə həbs edilən Fərhad və Rafiq Əliyev qardaşları 8 il sonra, 2013-cü ilin oktyabrında əfv fərmanı ilə azadlığa çıxıblar.

Sabiq Milli Təhlükəsizlik naziri Nəriman İmranov 1994-cü il oktyabr ayının 15-də bir qrup şəxsin MTN-in təcridxanasından qaçırılmasının təşkilində iştirakda, vətənə xəyanətdə təqsirləndirilərək həbs olunub və ömürlük azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin sərəncamı ilə 2002-ci ildə əfv edilib.

2005-ci ilin oktyabrında həbs edilən Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev bir müddət sonra azadlığa çıxsa da, sonradan yenidən həbs edilib. 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan A.Muradverdiyev 2016-cı ildə yenidən azadlığa qovuşub.

"Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti, eks-deputat Fikrət Sadıqov da 2005-ci ilin oktyabrında həbs edilən məmurlardandır. O, bir neçə gün həbsdə qaldıqdan sonra ev dustağı edilib. Hazırda AMEA-nın Kimya Problemləri İnsitutunda çalışan F.Sadıqov elmi araşdırmalarla məşğuldur.

Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov adam oğurluğu və digər ağır cinayətlərdə ittiham olunaraq həbs edilib. Ömürlük həbs cəzasına məhkum edilən H.Məmmədov 2017-ci il dekabrın 3-də saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib.

Milli Təhlükəsizlik Nazirliyi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov 2015-ci ilin oktyabrında həbs edilib. 12 il müddətinə azadlıqdan məhrum edilən A.Çovdarov hazırda cəzasını çəkir və istintaq təcridxanasındadır.

Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev də "MTN işi” üzrə həbs olunub. 12 il müddətinə həbs olunan keçmiş mərkəz rəhbərinin məhbəs həyatı davam edir.

Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev 2015-ci ildə həbs olunub və məhkəmənin qərarı ilə 10 il 6 ay müddətinə cəza alıb. Hazırda məhbus həyatı davam edən sabiq rəis istintaq təcridxanasında saxlanılır.

2015-ci ildə "MTN işi”nə görə həbs edilən MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda da həbsdədir.

Siyahını uzatmaq da olar. Gərək vəzifədə işləyəndə bir məqamı unutmayasan ki, bir gün etdiklərin mütləq bir gün geri dönür. O baxımdan vəzifəyə dədə-baba mülkü kimi yox, xalqa xidmət vasitəsi kimi baxmalısan.

Azər Niftiyev,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
00:55 09.08.2025
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
00:53 09.08.2025
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
00:43 09.08.2025
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
00:42 09.08.2025
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
00:40 09.08.2025
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
00:32 09.08.2025
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi