VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb

VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb
İDMAN
21:10 07.11.2025
144
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb.

AZXEBER.COM xəbər verir ki, "Al Janadryah"dakı tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Açılış mərasimində Azərbaycan bayrağını ağırlıqqaldırma üzrə idmançımız Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.

Xatırladaq ki, turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.

Ölkəmiz yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.
OXŞAR XƏBƏRLƏR