Viçko Şevel “Neftçi”də - Fotolar

Viçko Şevel “Neftçi”də - Fotolar
İDMAN
21:58 31.08.2026
87
"Neftçi" daha bir futbolçu transferini reallaşdırıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Xorvatiyalı Viçko Şevel "ağ-qaralar"ın yeni üzvüdür.

25 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, 88 nömrəli formanı geyinəcək. Əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynamağı bacaran Viçko Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.

Sonuncu komandası "Dandi Yunayted"lə ötən mövsüm ümumilikdə 40 matçda meydana çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub. 2026/2027 mövsümündə Şotlandiya çempionatının ilk 3 turunda, Şotlandiya Liqa Kubokunda isə 5 matçın hamısında forma geyinib.

 

 

 


OXŞAR XƏBƏRLƏR