xari

Videokonfrans:“Postpandemiya dövründə ekologiya, turizm, təhsil və media”

SİYASƏT
11:09 23.05.2020
875
Koronavirus pandemiyası bir anda dünyamızın nizamını dəyişdirdi.
 
AZXEBER.COM xəbər verir ki,ölkələr bir-birlərinə qapılarını bağladı, kütləvi tədbirlər təxirə salındı, iqtisadi əlaqələr məhdudlaşdırıldı. "Gözəgörünməz düşmən” dünyamızı bir sıra iqtisadi, ekoloji, turizm və təhsil problemləri ilə də üz-üzə qoydu. Dünyanın aparıcı ölkələrinin belə pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtardığı vaxtda beyinlərdə bir sual dolaşır:
 
Postpandemiya dövrünün reallıqları, çağırışları necə olacaq?

Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə 22 may tarixində "Postpandemiya dövründə ekologiya, turizm, təhsil və media” mövzusunda keçirilən videokonfransın 1-ci panelində ekologiya və turizm sahəsi ilə bağlı bir çox vacib məqamlara toxunulub.

Onlayn konfransda YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Gəncə şəhər İHB-nin birinci müavini Səməd Tomuyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, Yoga Shahi Mərkəzinin təsisçisi Sabina Shahi və Selcuk Universitetinin Turizm fakültəsinin dekanı Necmi Uyanık iştirak edib.

Müzakirə zamanı bütün dünyanın koronavirus pandemiyasının təhdidi altında olduğu bir dövrdə Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə olduğundan, qorxunc infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlərin dayanmadan davam etdirildiyindən danışılıb. Eyni zamanda pandemiya dövründə qarşıya çıxan problemlər və onların həlli yolları ilə bağlı məsələlər də müzakirə mövzüsuna çevrilib.

Onlayn konfransda iqtisadi böhranın, koronavirus pandemiyasının ekologiyaya, ətraf mühitə və turizmə təsirlərinə də nəzər salınıb, tövsiyələr dinlənilib, mövzu ilə bağlı suallar cavablandırılıb.
Qeyd edək ki, videokonfransın 23 may-da davam edəcək 2-ci panelində postpandemiya dövründə təhsil və media mövzusuna toxunulacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:20 21.01.2021

Azərbaycan və Fransa XİN başçıları Qarabağ bəyanatını müzakirə etdilər

22:57 21.01.2021

Merkel pandemiyanı “əsrin fəlakəti” adlandırdı

22:01 21.01.2021

Azərbaycan əsgəri minaya düşərək şəhid oldu

21:58 21.01.2021

Qurbanqulu Berdiməhəmmədov Ceyhun Bayramovla görüşüb

21:35 21.01.2021

Fransada fövqəladə vəziyyət payızadək uzadıla bilər

21:22 21.01.2021

Qurban Qurbanov: "Mahir Emreliyə Polşa klubundan təklif gəlib"

20:59 21.01.2021

Kirayədə yaşayan prokurorluq işçisinə ailə tərkibinə görə pul ödəniləcək

20:32 21.01.2021

“Caliber”: Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” - VİDEO

20:25 21.01.2021

Kirayədə yaşayan prokurorluq işçilərinə ailə tərkibinə görə əlavə pul ödəniləcək

19:21 21.01.2021

Daha bir şəhidimizin övladı dünyaya gəldi - VİDEO

19:01 21.01.2021

Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib

18:39 21.01.2021

ÜST vaksinasiyadan sonra ölüm qeydə alınmadığını bildirdi

18:12 21.01.2021

"Anlaşma Memorandumunun imzalanması Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq"

18:10 21.01.2021

Daxili Qoşunların Vətən müharibəsində yaralanan hərbçisi bu gün şəhid olub

17:56 21.01.2021

Bakı metrosunun ali təhsil müəssisələri ilə eyni vaxta açılması gözlənir

17:31 21.01.2021

Türkiyəli professor Azərbaycanda da istifadə edilən Çin peyvəndinin yan təsirlərindən danışdı