Rusdilli “Vikipediya” Narkotik Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətin (NDNFX) tələbi ilə qadağan olunmuş saytların siyahısına salınıb.
AZXEBER.COM-un RBK-ya istinadən verdiyi xəbərə görə, buna səbəb kimi saytda “Marixuananın (Kannabis) çəkilməsi” məqaləsi göstərilir.Bu barədə internet-ensiklopediyanın rus bölməsinin təmsilçiləri Twitter-də məlumat veriblər.“Budur, nəhayət ki, bu baş verdi: bizi “Marixuananın çəkilməsi” məqaləsinə görə qara siyahıya (2-ci dəfə?) salıblar. @ru_pirateparty və @lurkmore_ru salam” – deyə mikrobloqun müəllifləri yazıblar.