“Vikipediya”da hansı işlər görülür? - Deputat danışdı

“Vikipediya”da hansı işlər görülür? - Deputat danışdı
SOSİAL
17:42 25.11.2019
7901
Son zamanlar respublikamızda təbliğat və təşviqat da kardinal dönüş görülməkdədir.  Bunun əsas səbəblərindən biri  dünya ensiklopediyası sayılan "Vikipediya” sahəsində aparılan ardıcıl işlərdir. Bu sahədə fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası "Vikipediya” istiqamətində üfüqləri genişləndirir, hədəfi yüksəldir. 

AZXEBER.COM xəbər verir ki, bu sözləri  Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

"Deyərdim ki, respublikanın ali məktəblərində "Vikipediya” Metodik Mərkəzlərinin yaradılması bu yöndə atılan ciddi addımlardandır. "Vikipediya” hərəkatının respublikanın digər şəhərlərinə yayılması, xüsusəndə bizim doğma Gəncədə belə bir mərkəzin yaradılması təqdirə layiq haldır.  Bildiyiniz kimi bu yaxınlarda  Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında yaradılan "Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin könüllüləri Gəncənin tarixi,mədəniyyəti,şəxsiyyətləri haqqında məqalələrin yaradılmasını və redaktəsini uğurla həyata keçirirlər. Həm də  mərkəzdə "Vikimedia” Fondunun qlobal idarəçisi, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Rüfət Rəhimov təlimlər keçir. Təlimdə fənclərimizə "Vikipediya” aşılanır.

Çünki, "Vikipediya” ölkənin və dünyanın mədəni, iqtisadi, siyasi, texniki, elmi, sosial və digər sahələrini əhatə edən məsələləri işıqlandırmaqla  məşğuldur. Bu gün dünyada baş verən yeniliklərin ictimaiyyətə çatdırılmasında internetin rolu danılmazdır. İnternetdən əsaslandırılmış ciddi istinadı olan məlumatların əldə edilməsində isə "Vikipedia”yanın əhəmiyyəti müqayisə edilməzdir. Bu istiqamətdə Mərkəzi Elmi Kitabxananın nəzdində fəaliyyət göstərən  "Vikipediya” Metodik Mərkəzinin çox böyük imkanları var. Mərkəzi Elmi Kitabxana "Vikipediya”nın Azərbaycan bölümünün zənginləşməsinə  çox böyük töhfələr verməkdədir.  Çünki, onlar həm məqalələrin sayının artmasına, həm də müntəzəm təlimlər təşkil etməklə  "Vikipediya” bilənlərin sayının artmasına  xidmət edirlər. 

Sonda onu da qeyd edim ki, hazırki, zamanda "Vikipediya”dan  yeni gözləntilər böyükdür. Artıq hər şey "ənənəvi", əvvəlki kimi olmayacaq. Əminəm ki, "Vikipediya” çox ciddi hədəflərə nail olacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
18:26 23.07.2026
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
Aİ "Google"u 890 milyon avro cərimələyib
18:25 23.07.2026
Aİ "Google"u 890 milyon avro cərimələyib
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
17:53 23.07.2026
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
17:39 23.07.2026
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
17:28 23.07.2026
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
17:25 23.07.2026
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
17:20 23.07.2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
16:45 23.07.2026
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
16:27 23.07.2026
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
16:20 23.07.2026
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
16:12 23.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
16:09 23.07.2026
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
Bu ərazilərdə qaz olmayacaq
16:04 23.07.2026
Bu ərazilərdə qaz olmayacaq
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
15:49 23.07.2026
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
Ətin qiyməti niyə od tutub yanır?
15:37 23.07.2026
Ətin qiyməti niyə od tutub yanır?
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO
15:26 23.07.2026
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO