Viktor Orban: "Aİ Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil"

Viktor Orban: "Aİ Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil"
DÜNYA
19:35 08.12.2023
208
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Ukraynanı üzvlüyə qəbul etməyə hazır olmadığnı açıqlayıb.

Bu barədə V.Orban Fransanın "Le Point” jurnalına müsahibəsində deyib.

O bildirib ki, Avropa Komissiyasının Kiyevin üzvlük üçün yeddi ilkin şərtdən dördünü yerinə yetirməsi barədə məlumat doğru deyil.

V.Orban, həmçinin Ukraynanın dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri olduğunu söyləyib: "Biz üzvlüklə bağlı danışıqlar prosesinə başlamağa qərar verə bilmərik”.
 
///Report
OXŞAR XƏBƏRLƏR