Vilayət Eyvazov generalı təqaüdə göndərdi - FOTO

Vilayət Eyvazov generalı təqaüdə göndərdi - FOTO
SOSİAL
14:41 17.10.2019
8596
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
 
AZXEBER.COM "report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, H.Heydərov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat olunmayıb.

DİN-in Mətbuat xidmətindən faktı təsdiqləyiblər.

 


Qeyd edək ki, H.Heydərov İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə 2017-ci il yanvar ayının 27-də təyin edilib.
OXŞAR XƏBƏRLƏR