Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi
SOSİAL
12:22 09.01.2020
3338
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr təyinatı ilə bağlı yeni əmr verib.

AZXEBER.COM "qafqazinfo"ya istinadən xəbər verir ki, nazirin əmri ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Faiq İlyasov vəzifəsindən azad edilərək Xaçmaz rayon Polis Şöbəsinin rəis müavini təyin edilib.

Məlumatı DİN mətbuat xidməti təsdiqləyib.

Bildirilib ki, F.İlyasov Xaçmaz RPŞ-də də eyni vəzifəni daşıyaraq əməliyyat işlərinə nəzarət edəcək.
OXŞAR XƏBƏRLƏR