23:35 çərşənbə, 26 Fevral 2020
SOSİAL

Vilayət Eyvazov şöbə rəisini işdən çıxartdı

14:37, 14.02.20202134
Vilayət Eyvazov şöbə rəisini işdən çıxartdı
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Xətt Polis İdarəsinin Gəncə şəhər şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şadəm Hüseynov vəzifəsindən azad edilib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Ş.Hüseynov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat olmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti "Report”a faktı təsdiqləyib.
XƏBƏR LENTİ