Vilayət Eyvazovdan əmr: Bundan sonra polis küçədə piyadaları cərimələməyəcək

Vilayət Eyvazovdan əmr: Bundan sonra polis küçədə piyadaları cərimələməyəcək
SOSİAL
16:41 13.09.2019
14015

Paytaxtın küçə və prospektlərində piyadaların hərəkətinə nəzarət edən, bu zaman yolu müəyyən olunmamış yerdən keçənləri saxlayan post-patrul xidmətinin əməkdaşları gözə dəymir. Bu nə ilə əlaqədardır?

AZXEBER.COM -un Oxu.Az-a istinadən məlumatına görə, jurnalistlərin suallarını cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ötən ilin mart ayından Daxili İşlər nazirinin əmri ilə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədi ilə Bakı şəhərinin rayon polis idarələrinin, eləcə də, respublikanın digər şəhər və rayon polis orqanlarının post-patrul xidməti əməkdaşlarına yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlər verilib:

"O vaxt belə bir qərarın verilməsinə ehtiyac var idi. Lakin post-patrul xidməti əməkdaşlarının qayda pozanları saxlayaraq, protokollar tərtib etməklə onları cərimələmələri piyadaların vaxt itkilərinə, bəzən də narazılıqlarına səbəb olurdu. Bütün bunları nəzərə alan Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu günlərdə müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, post-patrul nizami hissələri əməkdaşlarına verilmiş yol-patrul xidməti inspektorlarına aid olan səlahiyyətlərə xitam verilərək qanunla müəyyən olunmuş vəzifələrinin icrasını davam etdirmək üçün onlar daimi xidmət yerlərinə qaytarılıblar.

Eyni zamanda, V.Eyvazov insanların həyatını, təhlükəsizliyini yol-nəqliyyat hadisələrindən daha etibarlı qorunması və bu sahədə nəzarətin müasir texniki vasitələrin imkanlarından geniş istifadə edilməklə həyata keçirilməsi barədə Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarına müvafiq tapşırıqlar verib”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
14:17 28.06.2025
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
14:10 28.06.2025
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
13:56 28.06.2025
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
13:50 28.06.2025
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
Qadın güləşçimiz karyerasını bitirdi
13:40 28.06.2025
Qadın güləşçimiz karyerasını bitirdi
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
13:25 28.06.2025
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub
13:20 28.06.2025
Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub
Aİ Konqo və Ruandaya iqtisadi dəstək göstərməyə hazır olduğunu bəyan edib
13:00 28.06.2025
Aİ Konqo və Ruandaya iqtisadi dəstək göstərməyə hazır olduğunu bəyan edib
Çimərliklərdə hava necədir?
12:53 28.06.2025
Çimərliklərdə hava necədir?
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
12:46 28.06.2025
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb
12:44 28.06.2025
Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb
Gəncədə fəhlə iş vaxtı ölüb
12:43 28.06.2025
Gəncədə fəhlə iş vaxtı ölüb
Sabah Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək
12:41 28.06.2025
Sabah Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək