Vilyam Hacıyevin səhhətində problem yarandı

Vilyam Hacıyevin səhhətində problem yarandı
SOSİAL
15:26 06.06.2022
435
Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AZXEBER.COM-un Trend-ə istinadla məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ekspertiza rəyləri açıqlanıb.

Ekspertiza rəylərində göstərilib ki, Vilyam Hacıyevin rəhbərliyi dövründə İmişli rayonunun Səraxı Uşaq bağçasına ayrılan 5 min manatlıq avadanlıq təhvil verilməyib.

Bundan başqa, İmişli rayon Mənzil İstismar İdarəsinə, rayon Mərkəzi Xəstəxanasına, uşaq bağçaları, orta məktəblər və digər obyektlərə ayrılan vəsaitlərin bir qismi təyinatı üzrə xərclənməyib.

Prosesdə Vilyam Hacıyevin vəkili yoxlama aktına əsasən hazırlanmış ekspertiza rəylərinə etiraz edib. Vəkil məhkəməyə sənəd təqdim edərək bildirib ki, ekspertin əsaslandığı yoxlama aktı icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev tərəfindən hazırlanıb.

"Yoxlama aktında nə varsa, ekspert də onu köçürüb. Ekspertin özünün fikri olmayıb, heç nəyə də baxmayıb. Çox qəribə olsa da yoxlama aktını tərtib edən icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevdir. Həmin Cəmil Musayev ki, burda ifadə verən əksər şahidlər ona rüşvət verdiklərini deyiblər. Yoxlama aktı seçmə üsulu ilə aparılıb. Obyektin birinə baxıb digərlərini də ona uyğun tərtib ediblər.

2017-ci ildən 2020-ci ilə qədər iki ekspertiza rəyi var. Onlardan birində 5 milyon 684 min, digərində 4 milyon 786 min məbləğ göstərilib. Yoxlama seçmə üsulu ilə aparılıb, obyektlər bir-bir araşdırılmayıb", - vəkil bildirib.

Təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevin məhkəməyə çağırılmasını istəyib.

Hakim bildirib ki, ekspert rəyləri elan olunub və növbəti mərhələdə sənədlərin tədqiqinə başlanacaq.

Vəkil bildirib ki, Vilyam Hacıyevin səhhətində problemlər yaranıb: "Müvəkkilimin səhhətində ciddi problemlər yaranıb. Hazırda onun səhhəti təcridxana qalmağa imkan vermir. Xahiş edirik, onun müalicə müəssisəsinə yerləşdirilməsinə köməklik edəsiniz".

Hakim bildirib ki, bununla bağlı onlar Penitensiar Xidmətinə yazılı müraciət olunmalıdır.

Vəkil bildirib ki, Bakıda keçirilən beynəlxalq tədbirlə bağlı yollarda problem yaranır:

"Məhkəməyə gəlib getmək olmur. Buna görə də məhkəmə prosesi tədbir başa çatana qədər təxirə salınsın".

Növbəti məhkəmə prosesi iyunun 10-na təyin edilib.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi