Vin Dizel cinsi zorakılıqda günahlandırılır

Vin Dizel cinsi zorakılıqda günahlandırılır
MAQAZİN
12:38 22.12.2023
184

Amerikalı məşhur aktyor Vin Dizelin keçmiş köməkçisi Asta Yohanson aktyoru cinsi zorakılıqda ittiham edib.

AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, Yohanson 2010-cu ildə "Sürətli və Qəzəbli" filminin beşinci hissəsinin çəkilişi zamanı aktyorun otel otağında ona hücum etdiyini iddia edərək məhkəməyə müraciət edib.

Onun sözlərinə görə başına gələn hadisədən bir neçə saat sonra aktyorun bacısı (o vaxt aktyorun maddi gəlirlərini idarə edirdi) Asta Yohansonu işdən çıxarıb.

Vin Dizel üzərinə atılan ittihamların çirkin böhtan olduğunu bildirərək, eks köməkçisinin iddialarını təkzib edib.

 

Aysel


OXŞAR XƏBƏRLƏR