"Real Madrid"in hücumçusu Vinisius Junior klublararası dünya çempionatının 3-cü turunda komandasının "Zalsburq"a qarşı (3:0) matçından sonra fikirlərini bölüşüb.
AZXEBER.COM Oxu.Az-a idtinadən xəbər verir ki, onun fikirlərini insayder Fabritsio Romano özünün "X" sosial şəbəkəsində paylaşıb.
Bildirilib ki, həm qol vuraraq, həm də məhsuldar ötürmə edərək görüşün ən yaxşısı seçilən braziliyalı oyunçu son iki həftənin çox yaxşı keçdiyini, komandanın daha kompakt olduğunu deyib.
"Müdafiəçilərə qarşı presinq əsas məqamdır, Xabi Alonso bizə hər gün nə etməli olduğumuzu izah edir. "Real" mənim həyatımın klubudur! Ümid edirəm burada uzun müddət oynayaram. "Real"ı sevirəm, hər şeyimi bu klubdan almışam. Təzyiq və tənqid mənim üçün problem deyil. Burada - bu klubda, yeni baş məşqçi Xabi ilə və bu oyunçularla çox xoşbəxtəm", - deyə Vinisius vurğulayıb.