Vircil van Deyk ən yaxşı mərkəz müdafiəçilərinin siyahısında birinci olub

Vircil van Deyk ən yaxşı mərkəz müdafiəçilərinin siyahısında birinci olub
İDMAN
10:15 22.06.2025
304
Ən yaxşı mərkəz müdafiəçilərinin siyahısı müəyyənləşib.

"FourFourTwo" portalının tərtib etdiyi siyahının ilk pilləsində İngiltərənin "Liverpul" komandasının müdafiəçisi Vircil van Deyk yer alıb.

Uilyam Saliba ("Arsenal", İngiltərə) ikinci, Alessandro Bastoni ("İnter", İtaliya) üçüncüdür.

İlk "onluğu"u isə Qabriel Maqalyans ("Arsenal"), İbrahima Konate (Liverpul), Antonio Rudiger ("Real", İspaniya), Markinios (PSJ, Fransa), Pau Kubarsi ("Barselona", İspaniya), Din Heysen ("Real") və Ruben Dias ("Mançester Siti", İngiltərə) qapayır.
 
///report
OXŞAR XƏBƏRLƏR