İngiltərənin "Liverpul" klubunun niderlandlı müdafiəçisi Vircil van Deyk karyerasını İspaniya təmsilçisi "Barselona"da davam etdirə bilər.
İspaniya klubu "Liverpul"la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq 33 yaşlı futbolçunu transfer etmək imkanını nəzərdən keçirir.
Bu transferi həyata keçirmək üçün kataloniya klubu uruqvaylı Ronald Arauxo ilə yolları ayıra bilər.
Qeyd edək ki, Van Deyk cari mövsümdə klub səviyyəsində 32 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 28 milyon avro qiymətləndirilir.