Virciniya adalarında fövqəladə vəziyyət elan edilib.
ABŞ-nin Virciniya adalarında içməli suda qurğuşun və mis aşkar edildikdən sonra fövqəladə vəziyyət elan edilib.
ABŞ-nin Vircin adalarının qubernatoru Alberi Brayan Santa Kruz adasında krandan suda qurğuşun və mis izlərinin tapıldığını açıqlayıb.
Brayan adalarda fövqəladə vəziyyətin elan edildiyini və səlahiyyətlilərin suyun tədqiqinə davam etdiyini açıqlayıb.
Səlahiyyətlilər adalarda kran suyunun içilməməsi və yemək bişirmək üçün istifadə edilməməsi barədə xəbərdarlıq edərək, suyun təmizlik üçün istifadə edilməsinin sağlamlığa heç bir təhlükə yaratmadığını bildirib.
Ayşən