Virus infeksiyalarına yoluxan uşaqların məktəbə gəlməməsi üçün direktorlara RƏSMİ müraciət edildi

Virus infeksiyalarına yoluxan uşaqların məktəbə gəlməməsi üçün direktorlara RƏSMİ müraciət edildi
SAĞLAMLIQ
12:25 12.10.2018
2671

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) yerli şöbələri tərəfindən ölkədəki bütün orta məktəblərə qripə və kəskin respirator infeksiyalara qarşı profilaktik tədbirlər çərçivəsində filtr işinin təşkil edilməsi üçün müraciət edilib.

Bunu özəl olaraq Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard deyib.

Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı "2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmrində qeyd edilən tədbirlərdən biri qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılmasıdır.

Bu əmrlə bağlı artıq RGEM-in yerli şöbələri nəzarətlərində olan bütün məktəblərin direktorlarını, tibb bacılarını, yaxud tibb bacılarının çalışdığı poliklinikaların baş həkimlərini məlumatlandırıb və onlara qripə qarşı işlərin görülməsi tapşırılıb:

"Artıq orta məktəblərdə bu istiqamətdə işlərə başlanılıb. Bu işlərdən biri məktəblərdə filter işinin təşkil olunmasıdır. Filtr işinin mahiyyəti odur ki, xəstə uşaq məktəbdən uzaqlaşdırılmalıdır. Bu iş məktəbdəki tibb işçisinin köməyi ilə təşkil edilir. Qış mövsümündə kəskin respirator infeksiyalara yoluxma ilə bağlı vəziyyət kəskinləşdikdə bu işə sinif rəhbərlərini də cəlb edirik”.

N.Brumendfard qeyd edib ki, şagird sayı çox olan məktəblərdə tibb bacılarının dərs başlamazdan əvvəl məktəbin girişində bütün şagirdlərin sağlamlıq vəziyyətini yoxlaması çətindir: "Ona görə də biz bu işə məktəbin sinif rəhbərlərini də cəlb edirik. Hər gün səhər sinif rəhbəri öz sinfindəki uşaqların sağlamlıq vəziyyətini qiymətləndirməlidir. Uşaq özünü yaxşı hiss etmirsə, asqırır, öskürürsə, valideynə zəng edir və uşaq sinifdən kənarlaşdırılır. Yaxud da şagird tibb bacısına qızdırma və s. ilə bağlı müraciət edirsə, tibb bacısı ona qızdırmasalıcı dərman verərək yenidən sinfə göndərməməlidir. Belə şagird artıq sinifdən uzaqlaşdırılmalıdır”.

Həkim-epidemioloq əlavə edib ki, şəhər, rayon dezinfeksiya stansiyalarına yoluxma hadisələrinin sayı çox olacağı təqdirdə, məktəblərdə dezinfeksiya işlərinin aparılması üçün göstəriş də verilib.

Yoluxma ocaqları barədə hər ay onlara məlumatların verildiyini deyən RGEM rəsmisi bildirib ki, hazırda məktəblərdə yoluxma halları ilə bağlı narahatlıq olmadığı üçün hələlik dezinfeksiya işlərinə başlanılmayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Reuters: Körfəz ölkələri İranın Hörmüz boğazından keçidə görə könüllü ödəniş toplamasına razıdır
19:29 28.07.2026
Reuters: Körfəz ölkələri İranın Hörmüz boğazından keçidə görə könüllü ödəniş toplamasına razıdır
Tramp: İran razılaşmasa, körpülərini və elektrik stansiyalarını məhv edəcəyik
19:10 28.07.2026
Tramp: İran razılaşmasa, körpülərini və elektrik stansiyalarını məhv edəcəyik
Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olundu
18:57 28.07.2026
Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olundu
Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim etdi
18:39 28.07.2026
Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim etdi
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
18:29 28.07.2026
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
18:10 28.07.2026
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
17:59 28.07.2026
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
17:47 28.07.2026
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
17:34 28.07.2026
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
17:29 28.07.2026
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
17:21 28.07.2026
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR