Vitali Kliçko prezident Viktor Yanukoviçlə görüşür
DÜNYA
09:45 19.02.2014
981
Ukraynanın “UDAR” müxalifət partiyasının rəhbəri Vitali Kliçko ölkə başçısı Viktor Yanukoviçlə danışıqlar aparmaq üçün prezident administrasiyasına gəlib.AZXEBER.COM-un məlumatına görə bunu “UDAR” partiyasının mətbuat katibi Oksana Zinovyeva bildirib. Onun sözlərinə görə görüşdən sonra prezident Viktor Yanukoviç xalqa müraciət edəcək.Qeyd edək ki, hazırda Odessa şəhərində nümayişçilər milislərin Kiyevə tərəf gedən yolun üzərində barrikadalar qurub.Mediada daha bir nəfərin öldüyü haqda məlumat verilib. Belə ki, ki, Kiyevdə su şırnağı maşınları Maydana daxil olan zaman nümayişçilərdən biri əlində “molotof kokteyl” ilə maşının üzərinə qaçıb, lakin ayağı sürüşüb maşının təkərləri altına düşərək həlak olub.Bu arada məlum olub ki. Maydanı ələ keçirən “Berkut”çular elektrik enerjisizi kəsiblər.