Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev ABŞ-ın Qafqaz üzrə baş müşavirini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev ailə həyatı qurub - FOTO - VİDEO
Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb
Telefon söhbəti zamanı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Söhbət əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin bəzi praktiki, o cümlədən Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərinə də toxunulub.