Vladimir Putin Prezident İlham Əliyevi təbrik etdi

SİYASƏT
13:43 23.12.2014
2437
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZXEBER.COM  AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzu edirəm.
Bizim aramızda yaranmış, etimada əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə konstruktiv dialoqumuz və səmərəli birgə işimiz davam edəcək.
Sizə və ailənizə hörmətimi və ən xoş arzularımı bildirirəm".
OXŞAR XƏBƏRLƏR