Vladimir Putin xüsusi hərbi əməliyyat zonasına səfər edib

Vladimir Putin xüsusi hərbi əməliyyat zonasına səfər edib
DÜNYA
23:42 20.12.2022
249
Rusiya Prezidenti Vladimir Putinin dekabrın 16-da xüsusi hərbi əməliyyat zonasına səfər edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

"Rossiyskaya qazeta” xəbər verir ki, dekabrın 16-da Rusiya prezidenti qoşunların birləşmiş qərargahında işləyib.

Dövlət Dumasının deputatı Andrey Qurulev öz Teleqram kanalında RF Silahlı Qüvvələrinin Ali Baş Komandanının xüsusi hərbi əməliyyat zonasında olduğunu yazıb.

Kremlin sözçüsü deputatın yaydığı məlumatı təsdiqləyib:

"Əgər o, [Qurulev] cümə günü [Putinin] olduğu qərargahı nəzərdə tutursa, bəli”, - deyə Peskov bildirib.
OXŞAR XƏBƏRLƏR