Vladimir Zelenski Azərbaycanın Respublika Günü münasibətilə paylaşım etdi

Vladimir Zelenski Azərbaycanın Respublika Günü münasibətilə paylaşım etdi
SİYASƏT
11:12 28.05.2021
362
Ukrayna Prezidenti Vladimir Zelenski 28 May – Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Bu barədə Ukrayna lideri "Twitter” hesabında paylaşım edib.

Ukrayna Prezidenti təbrikində dövlətlərimiz arasındakı strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini və ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

"Biz ikitərəfli tərəfdaşlıq və Ukraynanın müstəqilliyinin 30-cu ildönümündə iştirakınıza dair dialoqun davam etdirilməsinə ümid edirik”, - deyə Ukrayna prezidenti qeyd edib.

OXŞAR XƏBƏRLƏR